» » Ermənistanda Rusiya hərbi bazası hərbçilərinin iştirakı ilə kütləvi dava baş verib

Ermənistanda Rusiya hərbi bazası hərbçilərinin iştirakı ilə kütləvi dava baş verib

Ermənistanda Rusiya hərbi bazası hərbçilərinin iştirakı ilə kütləvi dava baş verib

Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının hərbçilərinin iştirakı ilə insident baş verib. 


Bu barədə Report NEWS.am istinadən xəbər verir.


Belə ki, Gümri şəhərinin Alabyan küçəsindəki binalardan birinin həyətində, təxminən, saat 23:30 radələrində bir qrup şəxs arasında toqquşma baş verib. Nəticədə bir nəfər xəsarət alıb, 3 nəfər hadisə yerindən qaçmağa müvəffəq olub.


Asayiş keşikçiləri zərərçəkən 26-yaşlı rusiyalı Yuri Nikolayevi Gümri Tibb Mərkəzinə çatdırıb. O, kəllə-beyin travması və orbita zədəsi alıb.


Polislər müəyyən ediblər ki, mübahisə Rusiya vətəndaşları olan 23-yaşlı Vladislav Krasovskiy, 22-yaşlı Viktor Yudin, 26-yaşlı Nursultan Qizatullayev və 26-yaşlı Yuri Nikolayevin arasında baş verib. 


N.Qizatullayev polisə Nikolayevin döyülməsini etiraf edib. Bütün adıçəkilən şəxslər Gümridə yerləşən 102 saylı Rusiya hərbi bazasının bölmələrinin komandirləridir.

Interesting facts scroll top