» » Azərbaycan Beynəlxalq Bankı yeni endirim kampaniyaları keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni endirim kampaniyaları keçirir

Azərbaycan Beynəlxalq Bankı yeni endirim kampaniyaları keçirir

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC “Bilik günü” münasibətilə əməkhaqqı kartı sahibləri və tələbələr üçün 5 günlük kampaniyalara start verib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.


Bankın əməkhaqqı kartına sahib olan bütün müştərilər kampaniya çərçivəsində nağd pul kreditini komissiyasız və 2% endirimlə əldə edə bilərlər.


Kredit kampaniyası çərçivəsində veriləcək kreditin məbləği 15 min manatadək, müddəti 36 ayadək olacaq. İllik faiz dərəcəsinə 2% endirim ediləcək və 25%-dən başlayan qiymətlərlə kredit veriləcək. Kredit əmək haqqının 3 misli həcmində və maksimum 3 min manata qədər olduqda zaminsiz veriləcək.


Tələbələr isə onlara özəl kampaniya müddətində ABB-dən debet kartı (MasterCard Debit Standard, VISA Classic/MasterCard Standard, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum) alan zaman tələbə biletlərini təqdim etməklə kartın qiymətində 50% endirim qazanacaqlar.


Xatırladaq ki, müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.


ABB-nin məhsul və xidmətləri barədə məlumatları Bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

Interesting facts scroll top