» » Mixeil Saakaşvili: “Azadlığımın, həyatımın təhlükə altında olduğunu bilirəm”

Mixeil Saakaşvili: “Azadlığımın, həyatımın təhlükə altında olduğunu bilirəm”

Mixeil Saakaşvili: “Azadlığımın, həyatımın təhlükə altında olduğunu bilirəm”
© Wikipedia

“Azadlığımın, həyatımın təhlükə altında olduğunu bilirəm”.


“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, "Yeni Qüvvələr" Hərəkatının sədri Mixeil Saakaşvili Lvovda keçirdiyi mətbuat konfransında deyib. 


O qeyd edib ki, Ukraynanın mövcudluğu, azadlığı təhlükə altındadır: "Mən də daxil olmaqla Ukraynanın mövcudluğu və azadlığı bütün vətəndaşlarının varlığından daha ucadır. Məndən baş verənlərin riskli olduğunu soruşanda onlara “bəli, risklidir” cavabını verirəm”.


M.Saakaşvili bildirib ki, Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili Ukraynanın prezidenti Pyotr Poroşenkonun Tbilisiyə sonuncu səfəri zamanı ona qarşı cinayət işinin açılmasını razılaşdırıblar: “Poroşenko Gürcüstana səfəri zamanı “Qazprom” Publik Səhmdar Cəmiyyətinin başlıca səhmdarı İvanişvili ilə mənə qarşı cinayət işinin açılmasını razılaşdırıblar. Dünyanın heç bir dövləti onların ittihamını qəbul etmir, hətta İnterpol belə bu işdən imtina edib”. 

Interesting facts scroll top