» » Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq

Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq


 Yearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Bu, "Azəravtoyol" ASC-dən ucarliyiq.biza daxil olan məlumatda bildirilib. 


"Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər", - deyə məlumatda qeyd edilib.


Interesting facts scroll top