» » Dövlət Gömrük Komitəsinin yol vergisi üzrə daxilolmaları kəskin azalıb

Dövlət Gömrük Komitəsinin yol vergisi üzrə daxilolmaları kəskin azalıb


Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 280 128,40 min manat həcmində vergi və rüsumlar daxil olub.


ucarliyiq.biz DGK-ya istinadən xəbər verir ki, bu, 2016-cı ilin avqust ayı ilə müqayisədə 36 038,8 min manat və yaxud 14,77% çoxdur.


Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi illik müqayisədə 5,23% artaraq 65 310,30 min manata çatıb.


Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 42 995,2 min manat və yaxud 27,02% artaraq 202 150,90 min manat, aksizlər üzrə daxilolmaların həcmi 3,96% azalaraq 8 556,90 min manat, yol vergisi üzrə daxilolmalar 70,56% (3,4 dəfə) azalaraq 4 110,30 min manat təşkil edib.

Interesting facts scroll top