» » "Report": Həftənin ən vacib qlobal iqtisadi xəbərləri

"Report": Həftənin ən vacib qlobal iqtisadi xəbərləri


Bu həftə dünyanın əsas iqtisadi xəbərləri ABŞ, İngiltərə, İsveçrə, Çin və Avstraliyada açıqlanacaq. 


ucarliyiq.biz-in analitik qrupu həftənin dünya bazarlarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərinin aşağıdakılar olduğunu bildirir:


1) Sentyabrın 14-də ABŞ-da inflyasiya göstəricisi. Bu göstərici ABŞ-da uçot dərəcəsinə təsir edən əsas amil hesab olunur. Bundan başqa, həftə ərzində ABŞ pərakəndə satış həcmi, istehsal qiymətləri indeksi, işsizlik müraciətləri, sənaye istehsalının həcmi kimi göstəricilər açıqlanacaq. Həmçinin ABŞ-da vergi islahatları barədə xəbərlərin olması gözlənilir.


2) Britaniya Mərkəzi Bankı sentyabrın 14-də uçot dərəcəsi və monetar siyasət barədə qərarını açıqlayacaq. Bununla yanaşı, avqust ayı inflyasiya və işsizlik göstəricilərinin açıqlanması gözlənilir.


3) Sentyabrın 14-də İsveçrə Mərkəzi Bankı da uçot dərəcəsi ilə bağlı qərar verəcək. Analitiklər uçot dərəcəsinin -0,75% səviyyəsində qalacağını ehtimal edirlər.


4) Sentyabrın 12-də Çində sənaye istehsalının həcmi, əsas kapitala investisiyalar və pərakəndə satışların həcmi açıqlanacaq.


5) Sentyabrın 14-də Avstraliyada avqust ayı məşğulluq və işsizlik göstəricisi açıqlanacaq.

Interesting facts scroll top