» » Xaçmaz və Quba rayonlarında təbii qazın verilişində üç gün məhdudiyyət olacaq

Xaçmaz və Quba rayonlarında təbii qazın verilişində üç gün məhdudiyyət olacaq

Xaçmaz və Quba rayonlarında təbii qazın verilişində üç gün məhdudiyyət olacaq

Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində üç gün məhdudiyyət olacaq.


Bu barədə ucarliyiq.biza “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.  


Bildirilib ki, “Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar sentyabrın 12-də, saat 07:00-dan üç gün müddətində “Quba” və “Xaçmaz” qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.


Bu müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. “Azəriqaz” yaranacaq məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Interesting facts scroll top