» » Suriyada havadan endirilən zərbə nəticəsində 19 dinc sakin ölüb

Suriyada havadan endirilən zərbə nəticəsində 19 dinc sakin ölüb

Suriyada havadan endirilən zərbə nəticəsində 19 dinc sakin ölüb
© "Anadolu"

Suriyanın Deyr-əz-Zor şəhərində aviazərbə nəticəsində 19 dinc sakin ölüb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə Suriya müşahidəçilərinə istinadən AFP məlumat yayıb.


Bildirilir ki, hazırda hökumət qoşunları şəhərin İŞİD terrorçularının əlində olan rayonlarının dərinliklərinə daxil olmağa hazırlaşırlar.


Eyni zamanda AFP qeyd edir ki, Suriya ordusunun əməliyyatları Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə həyata keçirilir və bununla əlaqədar olaraq müşahidəçilər dinc sakinlərin ölümünə görə məsuliyyəti məhz Rusiyanın üzərinə qoyurlar.


Məlumata görə, yarım saat ərzində Fərat çayı sahilindəki çadır şəhərciyinə və çayda üzən qayığa iki güclü zərbə endirilib.

Interesting facts scroll top