» » Almaniya Türkiyədən silah tədarükünü dayandırıb

Almaniya Türkiyədən silah tədarükünü dayandırıb

Almaniya Türkiyədən silah tədarükünü dayandırıb
© Foto: Global Look Press/Christian Thiel

Almaniya iki ölkə arasındakı münasibətlərində yaranan böhran səbəbindən Türkiyədən silah tədarükünü dayandırıb. Tərəflər arasında mövcud olan müqavilələr dondurulub.


ucarliyiq.biz xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib.


"Bizim əslində NATO üzrə tərəfdaşa tədarük həyata keçirmək öhdəliyimiz var, amma biz demək olar ki, hər şeyi tamamilə dondurmuşuq", - deyə nazir bildirib.


Qabriel əlavə edib ki, müqavilələr üzrə bəzi razılaşmalar qüvvədədir, orada söhbət silahlardan yox, məsələn, yük maşınlarından gedir.

Interesting facts scroll top