» » "Harvi" və "İrma" qasırğalarının vurduğu ziyan 290 mlrd. dollara çata bilər

"Harvi" və "İrma" qasırğalarının vurduğu ziyan 290 mlrd. dollara çata bilər

"Harvi" və "İrma" qasırğalarının vurduğu ziyan 290 mlrd. dollara çata bilər

"Harvi" və "İrma" qasırğalarının ABŞ iqtisadiyyatına vurduğu ümumi ziyan 290 mlrd. dollara çata bilər.


ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "AccuWeather" məsləhət şirkətinin prezidenti Coel Mayersin qiymətləndirməsinə istinadən ABC teleşirkəti məlumat yayıb.


"Bizim qiymətləndirməmizə görə, "İrma" qasırğasından dəyən ziyan təqribən 100 mlrd. dollar təşkil edəcək və bu, qasırğaların nə zamansa vurduğu ən əhəmiyyətli ziyanlardan biridir. Bu, ÜDM-in 0,5 faiz bəndi ekvivalentindədir. "Harvi" qasırğası, bizim qiymətləndirməmizə görə, ABŞ tarixində ən böyük ziyan vurmuş təbii fəlakət oldu. Onun vurduğu ziyan təqribən 190 mlrd. dollardır ki, bu da ÜDM-in 1 faiz bəndi ekvivalentindədir", - deyə o bildirib.

Interesting facts scroll top