» » Türkiyədə MİT-in 63 keçmiş əməkdaşının tutulması üçün sanksiya verilib

Türkiyədə MİT-in 63 keçmiş əməkdaşının tutulması üçün sanksiya verilib


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstiqbarat Təşkilatı-MİT) Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 63 keçmiş əməkdaşının tutulması barədə sanksiya verilib.


“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanının keçmiş əməkdaşları 2016-cı il iyulun 15-də dövlət çevirilişinə cəhddə iştirak etməkdə ittiham olunurlar.


İnformasiyaya əsasən, onların tutulması üçün Türiyənin 21 əyalətində əməliyyat keçirilib. Paytaxt Ankarada 32 ünvanda aparılan əməliyyat nəticəsində 9 şübhəli tutulub.


Məlumata görə, ötən il FETÖ istitaqı ilə əlaqədar MİT-in 87 əməkdaşı işdən azad edilib, onların 52-si barədə cinayətə işi başlanılıb. 

Interesting facts scroll top