» » SKMF Qusarda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qusarda investisiya layihələrinin qəbuluna başlayıb


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunun Aşağı İmamqulukənd kəndində işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən ucarliyiq.biza daxil olan məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatları, meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.


Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Interesting facts scroll top