» » “Bank of Baku” yeni kampaniyaya başlayıb

“Bank of Baku” yeni kampaniyaya başlayıb

“Bank of Baku” yeni kampaniyaya başlayıb

“Bank of Baku” ASC sahibkarlar və iş adamları üçün yeni kampaniyaya başlayıb.


“Report”un Banka istinadən verdiyi xəbərə görə, biznesini inkifaş etdirmək istəyən şəxslər “Bank of Baku”ya müraciət etməklə 300 min manatadək biznes kreditini 0% bank komissiyası ilə, yəni nağdlaşdırma və rəsmiləşdirmə üçün əlavə vəsait ödəmədən əldə edə bilərlər.


Qeyd edək ki, ”Bank of Baku” biznes kreditlərini illik faiz dərəcəsinə tətbiq etdiyi endirimlərlə təklif edir. Belə ki, kampaniyadan yararlanmaq istəyən şəxslər 300 min manatadək krediti illik 23%-dən başlayan faiz dərəcəsi ilə 36 ayadək əldə edə bilərlər.


Bu kampaniyadan oktyabrın 6-dək Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana bilərlər. 

Interesting facts scroll top