» » OPEC: Strategiyamız öz effektini göstərir, neft ehtiyatları azalır

OPEC: Strategiyamız öz effektini göstərir, neft ehtiyatları azalır


Bakı. 12 sentyabr. REPORT.AZ OPEC anlaşmasının həyata keçirilməsi neft bazarının balanslaşdırılmasına gətirib çıxarır. ucarliyiq.biz "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə OPEC-in baş katibi Mühəmməd Barkindo çıxış edib. Barkindo iyul ayında OECD ölkələrinin kommersiya neft ehtiyatlarının son 5 ilin ortalama səviyyəsindən 195 mln. barel çox olduğunu, bu göstəricinin ilin əvvəlində 340 mln. barel təşkil etdiyini qeyd edib. Baş katib üzən neft anbarlarında da ehtiyatların azalmağa başladığını müşahidə etdiklərini xatırladıb.


Qeyd edək ki, dünən S.Ərəbistanı və BƏƏ-nin energetika nazirlərinin görüşündə OPEC+ anlaşmasının 2018-ci ilin mart ayından sonra da uzadıla biləcəyi elan edilib. Hər iki nazir neft bazarındakı vəziyyətdən məmnunluğunu bildirib.

Interesting facts scroll top