» » İraq parlamenti ölkənin şimalındakı yerli hökumətin referendum qərarını təsdiqləməyib

İraq parlamenti ölkənin şimalındakı yerli hökumətin referendum qərarını təsdiqləməyib

İraq parlamenti ölkənin şimalındakı yerli hökumətin referendum qərarını təsdiqləməyib
© AFP

İraq parlamenti ölkənin şimalındakı yerli hökumətin müstəqilliklə bağlı referendum keçirmək qərarını qəbul etməyib.


“Report” NTV-yə istinadən xəbər verir ki, bu barədə Milli Koalisiyanın deputatı Əli Safi məlumat verib. 


Onun sözlərinə görə, parlamentdəki kürd deputatlar səsvermə zamanı iclas zalını tərk ediblər.


Məlumata görə, parlamentin 328 üzvündən 168 nəfəri səsverməyə qatılıb.


Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi referendumun ölkə konstitusiyasına zidd olduğunu bildirərək onun nəticələrini tanımayacaqlarını bildirmişdi.


Xatırladaq ki, İraqın şimalındakı yerli hökumət sentyabrın 25-də “müstəqillik haqqında” referendum keçirməyi planlaşdırıb. Türkiyə və İran da bu siyasi aksiyaya qarşı olduğunu bəyan edib. 

Interesting facts scroll top