» » "Sosiete Generale": Yaxın bir ildə avronun məzənnəsi 1,25 dollara çatacaq

"Sosiete Generale": Yaxın bir ildə avronun məzənnəsi 1,25 dollara çatacaq


Dünya bazarında avro/dollar valyuta cütlüyünün məzənnəsi bir ildən sonra 1,25 USD/EUR səviyyəsinə qədər yüksələ bilər. ucarliyiq.biz "Forexpf.ru" saytına istinadən xəbər verir ki, belə bir proqnozla Fransanın nüfuzlu "Societe Generale" bankının analitikləri çıxış ediblər. 


Analitiklər bunu avrozonada iqtisadi göstəricilərin yaxşılaşması ilə izah edirlər: "Son açıqlanan məlumatlar onu göstərir ki, 2009-2014-cü illər ərzində bizi narahat edən kreditləşmənin həcminin artmasında müşahidə olan yavaşlama artıq bitib və iqtisadiyyata təhlükə yaranmır". 


Bu ilin II rübündə isə avrozona iqtisadiyyatı 2,2% illik artıma nail olub ki, bu da son 6 ilin maksimal göstəricisidir. Bankın makroiqtisadi strategiya üzrə mütəxəssisi Kit Caks (Kit Juckes) hesab edir ki, avrozonada hazırkı inflyasiya, əmək bazarı və istehlakçıların əhval-ruhiyyəsi Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətini sərtləşdirməyə başlaması üçün zəmin yaradır.

Interesting facts scroll top