» » Moldova prezidenti: "Müdaifə naziri postuna namizədi təsdiqləməyəcəm"

Moldova prezidenti: "Müdaifə naziri postuna namizədi təsdiqləməyəcəm"


Moldova prezidenti İqor Dodon Avropa Xalqı Partiyası sədrinin müavini Yevgeni Struzanın ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləməyəcəyini açıqlayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, baş nazir Pavel Filipin müdafiə naziri vəzifəsinə Y.Struzanın namizədliyini irəli sürüb.


Məlumata görə, müdafiə naziri postuna namizəd korrupsiyaya görə 9 il azadlıqdan məhrum edilən keçmiş baş nazir Vladimir Filatın dövründə hökumətdə müxtəlif vəzifələrdə işləyib.


Dövlət başçısı İqor Dodon “Facebook” səhifəsində yazıb ki, bu vəzifədə peşəkar hərbçi görmək istəyir: "Hökumət isə mənə əlində qumbara tutan uşaq təklif edir. Hərbi sahədə qabiliyyəti olmayan, Filat və Lyanke hökumətlərində şübhəli keçmişi olan belə bir namizədi qəbul edə bilmərəm. Bu namizəd qəti olaraq qəbul edilməzdir”. 


Qeyd edək ki, İ.Dodon prezident kimi and içəndən sonra 2016-cı ilin sonunda Anatoli Şalaru müdafiə naziri vəzifəsindən azad edib. O, Sovet İşağlı Muzeyi yaratmaq istədiyi barədə verdiyi bəyanatla yadda qalıb. Həmin vaxtdan etibarən müdafiə nazirinin səlahiyətlərini Georgi Qalbura icra edir.  

Interesting facts scroll top