» » Azərbaycan avtomobil idxalını 64% artırıb

Azərbaycan avtomobil idxalını 64% artırıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 5 662 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub.


“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 208 ədəd və yaxud 63,93% çoxdur.


Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu avtomobillərin idxalı 80 ədəd və yaxud 148% (2,5 dəfə) artaraq 134, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu avtomobillərin idxalı 1 893 ədəd və yaxud 63,5% artaraq 4 874, yük avtomobillərinin idxalı 261 ədəd və yaxud 76,3% artaraq 603, xüsusi təyinatlı motorlu avtomobillərin idxalı isə 26 ədəd və yaxud 50,98% azalaraq 51 olub.

Interesting facts scroll top