» » Pakistanda iki avtomobil toqquşub, 14 nəfər ölüb, 6 nəfər yaralanıb

Pakistanda iki avtomobil toqquşub, 14 nəfər ölüb, 6 nəfər yaralanıb

Pakistanda iki avtomobil toqquşub, 14 nəfər ölüb, 6 nəfər yaralanıb
© AFP / Rizwan Tabassum

Pakistanda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb.


“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Pakistanın Ravalpindi şəhəri yaxınlığında, ölkə paytaxtı İslamabadla Lahoru birləşdirən avtomobil yolunda baş verib. 


Qəzadan sonra yanğın baş verib. Altı nəfər yanıq xəsarəti alıb.


Sərnişin daşıyan avtomobil Canq şəhərindən Ravalpindiyə doğru hərkət edirmiş.


Hadisə ilə bağlı araşdırma aparılır. 

Interesting facts scroll top