» » OPEC neftə tələbatla bağlı proqnozlarını artırıb

OPEC neftə tələbatla bağlı proqnozlarını artırıb


OPEC təşkilatı 2017-ci il üçün neftə olan tələbatla bağlı sentyabr proqnozunu avqust ayı ilə müqayisədə 280 min barel/gün və ya 0,29% artıraraq 96,77 mln. barel/günə çatdırıb. 


ucarliyiq.biz "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in sentyabr hesabatında bildirilir. 


Hesabatda qeyd edilib ki, 2017-ci il üçün neftə tələbatla bağlı proqnoz 2016-cı ilin orta gündəlik tələbatla müqayisədə 1,42 mln. barel/gün və ya 1,49% artacaq.


2018-ci il üçün isə neftə tələbat proqnozu əvvəlki proqnozla müqayisədə 70 min barel və ya 0,07% artırılaraq 98,12 mln. barelə çatdırılıb. Qeyd edək ki, OPEC 2018-ci ildə neftə gündəlik tələbatın 2017-ci illə müqayisədə 1,35 mln. barel və ya 1,4% artacağını proqnozlaşdırır.

Interesting facts scroll top