» » Azərbaycan bu il 5,1 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 5,1 mlrd. dollarlıq xam neft ixrac edib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 13,270 mln. ton həcmində xam neft ixrac edilib.


“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə xam neftin dəyəri 5,085 mlrd. dollar təşkil edib. Bu ilin ilk 8 ayında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 39%, dəyəri isə 22% az olub. Xam neft Azərbaycanın ümumi ixracının 70,41%-ni təşkil edib.

Interesting facts scroll top