» » Azərbaycanın qaz ixracından gəlirləri 22% artıb

Azərbaycanın qaz ixracından gəlirləri 22% artıb


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 5,182 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.


“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 926,776 mln. dollar təşkil edib.


Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 3,53%, dəyəri isə 22,31% artıq olub. 


Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 12,83%-ni təşkil edib.

Interesting facts scroll top