» » Azərbaycan bu il 225 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu il 225 mln. dollarlıq neft məhsulları ixrac edib


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 583,653 min ton həcmində neft məhsulları ixrac edib.


“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda neft məhsullarının dəyəri 224,906 mln. dollar təşkil edib.


Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövründən 41%, dəyəri isə 5% az olub.


Neft məhsulları bu ilin ilk 8 ayında Azərbaycanın ümumi ixracının 3,11%-ni təşkil edib.

Interesting facts scroll top