» » Rusiya bu il şelf zonasından neft və qaz hasilatının artımını proqnozlaşdırır

Rusiya bu il şelf zonasından neft və qaz hasilatının artımını proqnozlaşdırır

Rusiya bu il şelf zonasından neft və qaz hasilatının artımını proqnozlaşdırır
© Choiz.m

Rusiya Energetika Nazirliyi bu ilin sonuna ölkənin şelf zonasında qaz hasilatının ötən illə müqayisədə 3,3% artaraq 34 mlrd. kubmetrə, neft hasilatının isə 16,6% artaraq 26 mln. tona çatacağını proqnozlaşdırır.


“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə energetika nazirinin müavini Kirill Molodtsov bildirib.


Onun sözlərinə görə, ötən il şelf zonasından 22,3 mln. tondan çox neft, 32,9 mlrd. kubmetrdən çox isə qaz hasil edilib: "Neft hasilatı 2015-ci ildən 17%, qaz hasilatı isə 4% çox olub. Bu il də bu cür nəticə gözləyirik. Bu il şelf zonasından 26 mln. ton neft, 34 mlrd. kubmetr qaz hasilatı gözləyirik”.

Interesting facts scroll top