» » Britaniyada geyim əşyalarının bahalaşması funt sterlinqin kəskin möhkəmlənməsinə səbəb olub

Britaniyada geyim əşyalarının bahalaşması funt sterlinqin kəskin möhkəmlənməsinə səbəb olub


Britaniyada geyim əşyalarının qiymətlərinin son 30 ildə ən yüksək həddə çatması nəticəsində avqust ayı inflyasiya göstəricisinin 2,9% təşkil etməsi funt sterlinqin kəskin möhkəmlənməsinə gətirib çıxarıb.


ucarliyiq.biz "Vestifinance" agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Milli Statistika İdarəsi məlumat yayıb.


Geyim və ayaqqabı qiymətləri avqust ayında 4,6% artım göstərərək ümumi inflyasiyanın sürətlənməsinə səbəb olub. Analitiklər inflyasiyanın sürətlənməsini funt sterlinqin ötən ilin iyun ayında keçirilən "Brexit" referendumundan sonra baş verən 20%-ə yaxın ucuzlaşması ilə izah edirlər.


Qeyd edək ki, inflyasiyanın yüksəlməsi İngiltərə Mərkəzi Bankını (BoE) uçot dərəcəsini artırmağa məcbur edə bilər. Belə ki, hazırda inflyasiya hədəf 2% həddini xeyli üstələyib. BoE sədri Mark Karni maliyyə naziri Filip Xemmonda yazdığı məktubda inflyasiyanın hədəfi 1 faiz bəndi kənarlaşması halında monetar siyasətlərinə yenidən baxa biləcəkləri barədə xəbərdarlıq edib. 


Xatırladaq ki, bu gün USD/GBP məzənnəsi 0,8% artaraq 1,3270-ə çatıb.

Interesting facts scroll top