» » ECB avronun ifrat bahalaşmasından ehtiyat edir

ECB avronun ifrat bahalaşmasından ehtiyat edir

ECB avronun ifrat bahalaşmasından ehtiyat edir
© Michael H. Sterzenbach/Goodstock

Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Dragi sentyabrın 14-də keçiriləcək növbəti iclasda 2,3 trln. avro (2,7 trln. ABŞ dolları) həcmində olan monetar stimullaşdırma proqramının tamamlandığını elan edə bilər. 


ucarliyiq.biz "Investing.ru" saytına istinadən xəbər verir ki, analitiklər ECB sədrinin konkret detallar açıqlamasa da, monetar ekspansiyanın azaldılmağa başlanması barədə xəbər verə bilər.


Qeyd edək ki, investorların avrozona dövlət istiqrazlarını sataraq avro almaq üçün hazır vəziyyətdə gözlədikləri bildirilir. Analitiklər ECB-nin ən çox ehtiyat etdiyi məqamın avronun möhkəmlənməsi ilə bağlı olduğunu bildirirlər. Əgər sentyabrın 14-də ECB monetar ekspansiya proqramının tamamlanmasını elan etsə, o zaman avro daha da möhkəmlənə bilər. Bu isə, öz növbəsində, ixrac mallarının qiymətini artırır, idxal mallarının qiymətini isə azaldaraq iqtisadi artım və inflyasiyaya mane olur.


ucarliyiq.biz-in analitik qrupu bildirir ki, ECB monetar stimullaşdırma qərarını açıqlamaq üçün hazırda 1,20 USD/EUR səviyyəsinə yaxın olan məzənnənin 1,15-1,16 USD/EUR-a yaxınlaşmasını gözləyir. Bu səviyyəyə yaxınlaşdıqda isə ECB öz qərarını açıqlayaraq məzənnənin yenidən hazırkı həddə gəlməsinə səbəb olacaq. Əks halda, məzənnə 1,25 USD/EUR-a kimi yüksələ bilər. 

Interesting facts scroll top