» » “Azəriqaz” bu il 40 yaşayış məntəqəsinə qaz verib

“Azəriqaz” bu il 40 yaşayış məntəqəsinə qaz verib


“Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 958,3 km yeni qaz kəməri quraşdırılıb. Bu barədə “Report”a qurumun Mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, deyilən dövrdə həmçinin qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 143,3 km qaz kəməri əsaslı təmir olunub. 


Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 40 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Interesting facts scroll top