» » Barselonada antiterror əməliyyatı keçirilir

Barselonada antiterror əməliyyatı keçirilir


Barselonanın "Sagrada Familia" kilsəsi ərazisində antiterror əməliyyatı keçirilir.


ucarliyiq.biz "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər kilsənin yaxınlığındakı mikroavtobusda partladıcı maddənin olub-olmadığını müəyyənləşdirirlər.


Hazırda kilsənin ziyarətçiləri ərazidən təxliyyə edilib.


Qeyd edək ki, İspaniyanın şimal-şərqində yerləşən bu turist zonasında ötən ay baş vermiş terror aktı zamanı 16 nəfər həlak olub, habelə 100-dən çox insan xəsarət alıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb. 

Interesting facts scroll top