» » Vergi ödəyicisi tərəfindən hüquqi aktlarla və öhdəliklərə əməl edilmədikdə vergi orqanının hüququ artırılıb

Vergi ödəyicisi tərəfindən hüquqi aktlarla və öhdəliklərə əməl edilmədikdə vergi orqanının hüququ artırılıb


Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Vergi partnyorluğu Sazişi"nin formasına edilmiş əlavəyə əsasən vergi orqanının hüququ artırılıb.


ucarliyiq.biz xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.


Əlavəyə əsasən vergi ödəyicisi tərəfindən aidiyyəti normativ hüquqi aktlarla və ya sazişlə müəyyən edilmiş öhdəliklərə əməl edilmədikdə, vergidən yayınma mövcud olduqda, habelə cinayət prosessual qanunvericiliyinə əsasən məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda, vergi nəzarəti tədbirlərini (kameral və səyyar vergi yoxlamaları, o cümlədən elektron audit, operativ vergi nəzarəti, o cümlədən xronometraj metodla müşahidə) aparmaq hüququ verilib. 

Interesting facts scroll top