» » Daha bir neçə xarici şirkət Azərbaycandakı nümayəndəliyini ləğv edir

Daha bir neçə xarici şirkət Azərbaycandakı nümayəndəliyini ləğv edir


Azərbaycanda fəaliyyət göstərən daha bir neçə xarici şirkətin nümayəndəliyi fəaliyyətini dayandırıb. “Report” bu barədə “Vergilər” qəzetinə istinadən xəbər verir.


“Burintek” elm-istehsalat müəssisəsi MMC-nin (Rusiya) Azərbaycandakı ”Burintex Azərbaycan” nümayəndəliyi ləğv olunduğu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsi,25A ünvanına bildirə bilərlər.


Birləşmiş Ərəb Əmirliyinin hüquqi şəxsi olan “Globalink Logistics Group Ltd.” şirkətinin Azərbaycan nümayəndəliyi də ləğv olunduğu elan edib. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi,34 ("AF Mall Business Center") ünvanına bildirməlidir.


Bundan başqa, "Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycandakı nümayəndəliyi 15 sentyabrdan ləğv olunacağını elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanına bildirə bilərlər.

Interesting facts scroll top