» » Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvü olub

Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzvü olub


Azərbaycan Ümumdünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının üzvü seçilib.


ucarliyiq.biz-in verdiyi məlumata görə, səsvermə Çinin Çendu şəhərində keçirilən təşkilatın Baş Assambleyasının XXII sessiyası, "Turizm və dayanıqlı inkişafın məqsədləri: 2030-cu ilə gədən yolda" adlı tədbir çərçivəsində baş tutub.


Təşkilatın tərkibinə Rusiya, Litva, Rumıniya və Yunanıstan da daxil olub.


Qeyd edilən ölkələr Avropanı ali rəhbər orqanda 2017-2021-ci illər ərzində təmsil edəcək.


UNWTO BMT tərəfindən təsis edilən, 156 ölkəni özündə birləşdirən beynəlxalq qurumdur.

Interesting facts scroll top