» » Venesuela prezidenti OPEC+ anlaşmasının uzadılacağını bildirib

Venesuela prezidenti OPEC+ anlaşmasının uzadılacağını bildirib

Venesuela prezidenti OPEC+ anlaşmasının uzadılacağını bildirib
© REUTERS/ Miraflores Palace

OPEC və ona daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı 2018-ci il mart ayının 31-də bitəcək olan anlaşmasını böyük ehtimalla uzadacaq. ucarliyiq.biz-in "Reuters" agentliyinə istindən verdiyi xəbərə görə, bu açıqlamanı Venesuelanın prezidenti Nikolas Maduro verib.


N.Maduro bu məsələni iranlı həmkarı Həsən Ruhani ilə müzakirə etdiyini və anlaşmanın uzadılma imkanlarının yüksək olduğunu qeyd edib. Dövlət başçısı sSentyabrın 20-də Vyanada keçirilməsi gözlənilən nazirlər görüşündə anlaşmanın konsolidasiya ediləcəyini gözlədiyini bildirib.


Qeyd edək ki, OPEC avqust ayında hasilatı 79 min barel/gün azaldıb və 32,755 mln. barel/günə çatdırıb. Lakin bu, OPEC-in 32,5 mln. barel/gün olan kvotasından çoxdur.

Interesting facts scroll top