» » ABŞ-dan Ukraynaya kömürün ilk partiyası gətirilib

ABŞ-dan Ukraynaya kömürün ilk partiyası gətirilib

ABŞ-dan Ukraynaya kömürün ilk partiyası gətirilib
© ТАСС/ Архип Верещагин

Ukraynanın Odessa gəmi limanına ABŞ-dan 62 min ton həcmində daş kömürün ilk partiyası daxil olub. ucarliyiq.biz "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə Odessanın "Cənub" gəmi limanının administrasiyası məlumat yayıb.


Məlumata görə, bu gün "Cənub" limanında içərisində 62 min ton kömür olan "Ocean Ambitious" gəmisi yan alıb. Kömürün 3 gün ərzində boşaldılacağı və "Tsentrenerqo" istilik enerji stansiyasına göndəriləcəyi bildirilir.


İdxalçı qismində ABŞ-ın "Xcoal Energy & Resources" şirkəti çıxış edir. Ümumilikdə tərəflər arasında ilin sonunadək 700 min ton kömürün idxalına dair razılıq əldə olunub.


Qeyd edək ki, Ukrayna hökuməti Donbas münaqişəsi səbəbindən antrasit hasil olunan şaxtalarını itirib. Hazırda Ukraynanın əlində rentabelli olmayan şaxtalar qalıb. ABŞ kömürünün hər tonunun qiyməti 113 dollar olmasına baxmayaraq, Ukrayna Rusiyadan 80 dollar/ton olan kömürü almaqdan imtina edib. 

Interesting facts scroll top