» » Kabildə stadion yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində iki nəfər həlak olub - YENİLƏNİB

Kabildə stadion yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində iki nəfər həlak olub - YENİLƏNİB

Kabildə stadion yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində iki nəfər həlak olub - YENİLƏNİB
© TOLO News

Kabildə kriket matçı zamanı stadion yaxınlığında baş verən partlayışı terrorçu-kamikadze törədib.


ucarliyiq.biz TOLO telekanalına istinadən xəbər verir ki, kamikadze partlayıcı qurğunu nəzarət-buraxılış məntəqəsində yoxlamadan keçən zaman aktivləşdirilib.


Partlayış nəticəsində iki nəfər - stadionun təhlükəsizlik xidmətinin əməkdaşı və mülki şəxs həlak olub.



***16:22


Əfqanıstanın paytaxtı Kabildə kriket matçı zamanı stadionun giriş qapısı yaxınlığında partlayış baş verib. 


Bu barədə ucarliyiq.biz TOLO telekanalına istinadən xəbər verir.


Artıq Əfqanıstan Kriket Assosiasiyası çərşənbə günü stadionun qapılarından birinin yaxınlığında partlayış olması barədə məlumatı təsdiqləyib.


Rəsmilər bildiriblər ki, oyunçuların hamısı təhlükəsiz yerdədir, heç kim zərər çəkməyib.


Şahidlərin sözlərinə görə, hadisə yerinə təcili tibbi yardım maşınları gəlib.

Interesting facts scroll top