» » Gürcüstanın Azərbaycana dövlət borcu azalıb

Gürcüstanın Azərbaycana dövlət borcu azalıb


Bu il avqustun 31-nə Gürcüstanın Azərbaycana olan dövlət borcunun həcmi  8,995 mln. ABŞ dolları təşkil edib. Bu da aylıq müqayisədə 0,347 mln. dollar və ya 3,7% azalma deməkdir.


“Report” bu barədə "Bizzone.info"ya istinadən xəbər verir.


Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanətilə alınan kreditlərin həcmi 2017-ci il 31 avqust tarixinə 4,946 mlrd. dollar təşkil edib.


Gürcüstanın Almaniyaya dövlət borcu 289 mln. dollar, Yaponiyaya 210 mln. dollar, Fransaya təxminən 132 mln. dollar təşkil edib. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 17,2 mln. dollar, 72,5 mln. dollar və 10,3 mln. dollardır.

Interesting facts scroll top