» » Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası ilə bağlı IMF-lə fikir mübadiləsi aparılıb

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası ilə bağlı IMF-lə fikir mübadiləsi aparılıb

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyası ilə bağlı IMF-lə fikir mübadiləsi aparılıb
© Report.az

Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


“Report” bu barədə Palataya istinadən xəbər verir.


Görüş zamanı ölkənin maliyyə sektorunda həyata keçirilən islahatlar, nəzarət və tənzimləmə tədbirləri, o cümlədən Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasına dair fikir mübadiləsi aparılıb. 


IMF-in Departament direktoru C.Azur Azərbaycanın bank sektorunun sağlamlaşdırılması və ümumilikdə makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Interesting facts scroll top