» » "Report": Türkiyə Mərkəzi Bankı sabahkı iclasında uçot dərəcəsini dəyişməyəcək

"Report": Türkiyə Mərkəzi Bankı sabahkı iclasında uçot dərəcəsini dəyişməyəcək


Türkiyə Mərkəzi Bankının (TCMB) sabah keçirəcəyi pul siyasəti iclasında uçot dərəcəsini sabit saxlayacağı gözlənilir. ucarliyiq.biz xəbər verir ki, həftəlik repo faizi (uçot dərəcəsi), borclanma faizi (faiz dəhlizinin aşağı həddi), marjinal borcvermə faizi (faiz dəhlizinin yuxarı həddi) və gec likvidlik pəncərəsi (GLP) borcvermə faizlərinin dəyişməyəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, bundan əvvəl, iyunun 15-də və iyulun 27-də keçirilən iclaslarda da faizlər sabit saxlanılıb. Bununla da TCMB-nin uçot dərəcəsini 8%, faiz dəhlizinin aşağ və yuxarı hədlərini 7,25% və 9,25% səviyyəsində sabit saxlayacağı, GLP-ni isə 12,25%-də təsdiqləyəcəyi ehtimal edilir.


TCMB-nin faizləri artırmayacağı ehtimallarına səbəb Türkiyədə inflyasiya səviyyəsinin yüksək olması amili göstərilir. Belə ki, avqustda Türkiyədə illik inflyasiya 10,68%-ə yüksəlib. Dolların məzənnəsinin son aylarda azalması fonunda ilin sonuna qədər inflyasiyanın yavaşlaması gözlənilir və yalnız bundan sonra TCMB faizləri azalda bilər.


ucarliyiq.biz-in analitik qrupu TCMB iclasının nəticələrinin nağd valyuta bazarında dolların məzənnəsinə ciddi təsir göstərməyəcəyini bildirir: "İlin sonuna qədər dolların məzənnəsinin 3,40-3,60 TRY/USD diapazonunda dalğalanacağı proqnozlaşdırılır".

Interesting facts scroll top