» » Meksikanın cənub-qərbində tropik fırtına formalaşıb

Meksikanın cənub-qərbində tropik fırtına formalaşıb


Çərşənbə günü Meksikanın cənub-qərb sahilində "Maks" Sakit okean tropik fırtınası formalaşıb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzi məlumat yayıb.


Meteoroloqların bildirdiyinə görə, hazırda fırtına Akapulko şəhərinin 185 km. cənub-qərbindədir. Küləyin maksimum sürəti saatda 65 km. təşkil edir.


Fırtınanın Meksika sahillərinə cümə axşamı çatacağı ehtimal edilir. Onun Gerrero və Oaxaka ştatlarına leysan yağışlar gətirəcəyi gözlənilir.


Sinoptiklər bol yağıntının daşqın və sürüşmələrə gətirib çıxaracağını istisna etmir.

Interesting facts scroll top