» » Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB
© AP / Rafiq Maqbool

Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. 


ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşən şəxslərin axtarışları davam etdirilir.


*** 


Hindistanda Yamuna çayında qayığın aşması nəticəsində azı 15 nəfər ölüb.


“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 14-də səhər saatlarında çayın Uttar-Prateş ştatının Baqhpat dairəsindən keçən hissəsində baş verib. 


İnformasiyaya əsasən, Yamuna çayı Uttar-Prateşlə Xaryana ştatlarının sərhədindən axır. Qayıqdakı sərnişinlər həmin əraziyə gedirmiş. Qayıqda 60 sərnişin olub. Onların 12-si sağ-salamat xilas edilib.


Xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparır.


Qəzanın səbəbi araşdırılır. 

Interesting facts scroll top