» » Rusiya və Belarus ərazisində "Qərb-2017" təlimləri başlayıb

Rusiya və Belarus ərazisində "Qərb-2017" təlimləri başlayıb

Rusiya və Belarus ərazisində "Qərb-2017" təlimləri başlayıb
© TopWar

Rusiya və Belarus ərazisində strateji "Qərb-2017" təlimlərinə strat verilib.


ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, təlimlərdə təxminən 12,7 min hərbçi (Belarusdan təxminən 7,2 min, Rusiyadan təxminən 5,5 min hərbçi) iştirak edir.


Döyüş atəşi, gücdən və aviasiya vasitələrindən, hava hücumundan müdafiə qüvvələrindən istifadə ilə bağlı taktiki epizodlar Rusiya ərazisindəki üç (Luqa, Struqi Krasnıye və Pravdinski), Belarusdakı altı (Lepel, Losvido, Borisov, Osipoviçeski, Rujanski, Domanovo) poliqonunda və Dretun ərazisində keçiriləcək.


Rusiya Müdafiə Nazirliyindən qeyd edilib ki, təlimlər sırf müdafiə xarakteri daşıyır və hansısa ölkəyə və ya ölkələr qrupuna yönəlməyib.

Interesting facts scroll top