» » AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb

AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb

AMB-nin dövriyyədə olan notlarının həcmi azalmağa başlayıb
© Report.az

Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının həcmi 4 ay yarımlıq fasilədən sonra azalmağa başlayıb.


“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 550 mln. manat təşkil edir ki, bu da 1 həftə əvvəlki göstəricidən 8,3% və yaxud 50 mln. manat azdır.


Notların orta illik gəlirliliyi isə 10,01% təşkil edir.


Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi bu il sentyabrın 7-də (600 mln. manat), ən yüksək gəlirliliyi isə bu il aprelin 5-də (14,98%) qeydə alınıb.

Interesting facts scroll top