» » Rusiyanın hərbi gəmiləri Xəzərdə 50-yə yaxın təlim keçirib

Rusiyanın hərbi gəmiləri Xəzərdə 50-yə yaxın təlim keçirib

Rusiyanın hərbi gəmiləri Xəzərdə 50-yə yaxın təlim keçirib
© РИА Новости

Rusiya Xəzər Donanmasının “Velikiy Ustyuk” kiçik raket gəmisinin tərkibindəki bölmələr və təchizat gəmiləri Xəzərdə 50-yə yaxın müxtəlif hərbi təlim keçiriblər.


“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.


Onun sözlərinə görə, gəmilər Xəzərdə olduqları 14 gün ərzində min dəniz milinə (1,8 min km) yaxın üzüb və təxminə 50 gəmi təlimi keçiriblər.


Polkovnik deyib ki, dəstənin dəniz gəzintisi sentyabrın 25-də başa çatacaq.

Interesting facts scroll top