» » “Kapital Bank” müəllimlər üçün yeni kredit kampaniyası keçirir

“Kapital Bank” müəllimlər üçün yeni kredit kampaniyası keçirir

“Kapital Bank” müəllimlər üçün yeni kredit kampaniyası keçirir
© Report

“Kapital Bank” ASC bu il dekabrın 1-dək təhsil işçilərinə “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası keçirir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.


Aksiya çərçivəsində “Kapital Bank”a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir. Həmçinin, bəzi hallarda kredit komissiyasız və 8 min manatadək zaminsiz veriləcək.


Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir. Rəsmiləşdirilmə müddəti isə 3-48 ay müəyyən edilib. Bu məhsul üzrə kreditlər əmək haqqını “Kapital Bank”dan alanlara şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. 


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.

Interesting facts scroll top