» » Alan Dunkan: "Fəxr edirəm ki, BP ilə SOCAR arasında bu müqavilə imzalanıb"

Alan Dunkan: "Fəxr edirəm ki, BP ilə SOCAR arasında bu müqavilə imzalanıb"


"Hesab edirəm ki, bu, həm Azərbaycan, həm də Britaniya üçün böyük bir xəbərdir".


ucarliyiq.biz xəbər verir ki, bunu Bakıda jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib. Britaniyalı nazir imzalanma mərasindən danışarkən deyib ki, layihə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcək.


"Əvvəl "Əsrin Müqaviləsi" var idi, amma indi Yeni Əsrin Müqaviləsi var. Eyni zamanada, bu müqavilə Britaniya-Azərbaycan əlaqələrinin hansı səviyyədə olduğunu göstərir. Fəxr edirəm ki, BP ilə SOCAR arasında bu müqavilə imzalanıb", - deyə nazir qeyd edib.

Interesting facts scroll top