» » Alan Dunkan: "İnanıram ki, Bakıya səfərlərim davamlı olacaq"

Alan Dunkan: "İnanıram ki, Bakıya səfərlərim davamlı olacaq"

Alan Dunkan: "İnanıram ki, Bakıya səfərlərim davamlı olacaq"
© Report/Firi Səlim

"Azərbaycan Prezidenti ilə çox yaxşı görüşüm oldu. Prezidentə ölkələrimiz arasındakı münasibətlərə görə təşəkkür etdim". ucarliyiq.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan deyib.


A.Dunkan Prezidentə Böyük Britaniya Baş Nazirinin məktubunu çatdırdığını da deyib:


"Bilirsiniz ki, bizim ticarət-kommersiya sahəsində çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər digər sahələrdə də davam etdirilir. Mən həmçinin baş nazirimiz Tereza Meyin təbrik məktubunu cənab Prezidentə çatdırdım. Məktubda da xanım Mey tezliklə görüşəcəklərinə ümid etdiyini deyir. Baxmayaraq ki, 20 il neft sənayesində çalışmışam, amma Bakıya ilk səfərimdir. İnanıram ki, bu səfərlər davamlı olacaq", - o qeyd edib.

Interesting facts scroll top