» » Nursultan Nazarbayev: "Qazaxıstan sülhməramlılarını Suriyaya göndərə bilər"

Nursultan Nazarbayev: "Qazaxıstan sülhməramlılarını Suriyaya göndərə bilər"

Nursultan Nazarbayev: "Qazaxıstan sülhməramlılarını Suriyaya göndərə bilər"

"Qazaxıstan BMT-də belə qərar qəbul olunacağı təqdirdə, sülhməramlıları Suriyaya göndərə bilər".


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev jurnalistlərə açıqlamasında deyib.


"BMT sülhməramlı qüvvələrin Suriyaya göndərilməsi ilə bağlı qərar verərsə, biz BMT üzvü kimi, hərbçilərimizi göndərə bilərik", - deyə N.Nazarbayev bildirib.


Prezident qeyd edib ki, konstitusiyaya əsasən, qaynar nöqtələrə hərbçiləri yalnız parlamentin icazəsi ilə göndərə bilərlər.


Məlumat üçün bildirək ki, dünən Qazaxıstanın paytaxtında Suriya böhranının həllinə dair danışıqların altıncı mərhələsinə start verilib.

Interesting facts scroll top