» » ABŞ-da inflyasiya sürətlənib, FED-in faizləri artırma ehtimalı artıb

ABŞ-da inflyasiya sürətlənib, FED-in faizləri artırma ehtimalı artıb


ABŞ-da inflyasiyanın avqust göstəricisinin 0,3% artacağı proqnozlaşdırılsa da, faktiki qiymət artımı 0,4% olub.


ucarliyiq.biz xəbər verir ki, bunula da illik inflyasiya avqustda 1,9%-ə yüksəlib. Qeyd edək ki, illik inflyasiyanın avqustda 1,8% olacağı proqnozlaşdırılırdı. Nəticədə Federal Ehtiyat Sisteminin (FED) 2017-ci ilin sonuna qədər uçot dərəcəsini artırma ehtimalı 44%-ə yüksəlib. Qeyd edək ki, bu göstərici sentyabrın 8-də 22% təşkil edib.


İnflyasiyanın gözləniləndən yüksək olması ABŞ dollarının məzənnəsini əvvəl möhkəmləndirsə də, daha sonra dollar yenidən ucuzlaşmağa başlayıb. Belə ki, 1,19 USD/EUR səviyyəsində olan məzənnə 1,1840-a qədər geriləyib və artıq yenidən 1,19-a dönüb.


ucarliyiq.biz-in analitik qrupu ABŞ-da inflyasiyanın dayanıqlı olaraq 2% hədəfinə yaxınlaşmasına qədər dolların məzənnəsinin ucuz səviyyədə qalacağını, neftin isə 55 dollar/barel həddində formalaşacağını proqnozlaşdırır: "FED-in uçot dərəcəsini artırması və dolların yenidən bahalaşmağa başlaması təxminən 2018-ci ilin ortalarından etibarən başlaya bilər".

Interesting facts scroll top