» » “SOCAR LPG” Ukraynada Belarus və Qazaxıstan maye qazı satacaq

“SOCAR LPG” Ukraynada Belarus və Qazaxıstan maye qazı satacaq


“SOCAR LPG” şirkəti sabah Ukrayna Energetika Birjasında Belarus və Qazaxıstan mənşəli maye qazın debüt hərracını keçirəcək.


“Report” “Enkorr” saytına istinadən xəbər verir ki, bu barədə hərracın bülletenində qeyd olunub.


Hərracda “Tengizchevroil” (Qazaxıstan) istehsalı olan 60 ton propan-butan, “Transekspedisiya” (Belarus) istehsalı olan 100 ton propan-butan texniki qarışığı təklif edilir. Ümumilikdə, “SOCAR LPG” 320 ton resurs təklif edir. Bir ton üçün başlanğıc qiymət 20 300 qrivnadır (778 ABŞ dolları). Resurs 16-22 sentyabr tarixində daşına biləcək.

Interesting facts scroll top