» » Ağan Kredit İttifaqı nizamnamə kapitalını 75 dəfə azaldıb

Ağan Kredit İttifaqı nizamnamə kapitalını 75 dəfə azaldıb


İmişli rayonunda fəaliyyət göstərən “Ağan Kredit İttifaqı” MMC nizamnamə kapitalını 74,5 dəfə azaldaraq 300 335 manatdan 4 030 manata endirib.


Bu barədə “Report”a ittifaqın rəhbəri Fariz Əliyev məlumat verib.


“İttifaqın təsisçiləri nizamnamə kapitalını artırmışdılar ki, bank olmayan kredit təşkilatı (BOKT) kimi fəaliyyət göstərək. Bunun üçün hətta BOKT kimi dövlət qeydiyyatından da keçmişdik. Amma Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq lisenziya ala bilmədik və yenidən kredit ittifaqına çevrildik. Bu halda 300 min manatlıq kapitala ehtiyac yox idi və onu azaltdıq”, - deyə o qeyd edib.


Xatırladaq ki, “Ağan Kredit İttifaqı” 2011-ci ildə yaradılıb. İttifaqın təsisçisi 11 fiziki şəxsdir. 

Interesting facts scroll top