» » Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO

Rusiyanın sualtı qayıqlardan İŞİD-ə endirdiyi zərbələrin görüntüləri yayılıb - VİDEO



Rusiyanın Müdafiə Nazirliyi "Velikiy Novqorod" və "Kolpino" sualtı qayıqlarından "Kalibr" raketləri ilə İŞİD-in mövqelərinə endirdiyi zərbələrin videogörüntülərini yayıb.



ucarliyiq.biz xəbər verir ki, ümumilikdə yeddi qanadlı raket atılıb.



Zərbələr Suriyanın hökumət qüvvələrinin Deyr-əz-Zor əyalətində daha sürətlə irəliləməsini təmin etmək olub. Raketlər eyniadlı şəhərin cənub-şərq ətraflarında rabitə məntəqələri və silah-sursat anbarlarını məhv edib.



Qeyd olunur ki, hədəflər sualtı qayıqlardan 500–670 km məsafədə olub.


Interesting facts scroll top